AMB-nin sədri Kristin Laqard Avropa Mərkəzi Bankının uçot dərəcələrini azaltmağa tələsmədiyini bildirib.

İndex.az xəbər verir ki, AMB, tarixindəki ən kəskin faiz artımından sonra ilk dəfə olaraq iyun ayında uçot dərəcələrini aşağı salsa da, ikinci faiz endirimi üçün perspektivin qeyri-müəyyən olduğunu bildirərək əlavə addımlar atmadı.

Laqard bildirib ki, AMB uçot dərəcələrini azaltmağa tələsmir:

“İnflyasiya risklərinin bitdiyindən əmin olmaq bizim kifayət qədər vaxtımızı alacaq. Biz yeni məlumat toplamaq üçün vaxt tələb edə bilərik.”