RU

Avstraliyada universitetə hücum: 1 nəfər yaralandı, şübhəli saxlanıldı

Avstraliyanın Sidney Universitetinə bıçaqlı hücum olub.
 
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfərin yaralandığı, 14 yaşlı oğlanın isə saxlanıldığı bildirilib.
 
Polisdən verilən açıqlamada hadisə nəticəsində ağır yaralanan 22 yaşlı gəncin xəstəxanaya yerləşdirildiyi, vəziyyətinin stabil olduğu bildirilib.

Polis hadisə yerini mühasirəyə alarkən, universitetdən verilən açıqlamada hadisənin baş verdiyi Kamperdaun şəhərciyinin bağlandığı və polisin araşdırmasının davam etdiyi bildirilib.

Uşağın hücumu niyə həyata keçirdiyinin hələ bilinmədiyini, ancaq gənclərin internetdə radikallaşmadan təsirləndiyi qeyt olunub.

Xatırladaq ki, aprelin 13-də Sidneydə ticarət mərkəzində bıçaqlı hücum nəticəsində 6 nəfər ölüb, 12 nəfər yaralanıb.
 
Mikayıl
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
14
azxeber.com

1Источники