RU

"Neftçi"nin yeni transferi sabiq komandası ilə vidalaşdı

Bakı. Trend:

Azərbaycan millisinin futbolçusu Emil Səfərov “Qəbələ” iləvidalaşıb.

Trend İdman.biz-əistinadən xəbər verir ki, bir müddət əvvəl “Neftçi”yə keçən 22yaşlı yarımmüdafiəçi sosial şəbəkədə vida paylaşımı edib.

O, yetirməsi olduğu bölgə təmsilçisinə minnətdarlığını bildirib:“Qəbələ” ailəsi. Əziz dostlar, bu gün komandadan ayrılıram. Buillər ərzində birlikdə mənə dəstək olan, mənimlə birlikdəçiyin-çiyinə məşq edən komanda yoldaşlarım, texniki heyət,məşqçilər, “Red Black Army” Azarkeş Qrupu və klub prezidentinətəşəkkürümü bildirirəm”.

Səfərov Premyer Liqanı tərk edən “Qəbələ”yə çətin durumdançıxmağı arzulayıb: “Allah hamımızın yolunu açıq etsin. Burdanayrılmaq mənim üçün çətindir. İnşallah, komanda düşdüyü çətinlikdənçıxacaq. Daha güclü “Qəbələ” görəcəyik. Hər birinizə “çox sağ olun”deyirəm, gələcək karyeranızda uğurlar arzu edirəm. Görüşmək ümidiilə”.

Qeyd edək ki, Emil “Neftçi” ilə 3 illik müqavilə imzalayıb.

Məqalədə:
Избранный
69
2
az.trend.az

10Источники