RU

ABŞ Baydenin LNG ixracına qoyduğu qadağanı ləğv edib

ABŞ Baydenin LNG ixracına qoyduğu qadağanı ləğv edib. Belə ki, “Məhkəmə iddiaçıların LNG ixracı qadağasının məhkəməyə qədər ləğv edilməsi hüququna malik olduğuna inanır”, deyə Luiziana Dairə Məhkəməsinin qərarında bildirilir. İddia Baydenin qərarının federal qanunları pozduğunu təkid edən 16 ştat tərəfindən qaldırılıb.

“Prime” yazır ki, 2024-cü ilin əvvəlində Ağ Ev son iki ildə Rusiya xammalını dünya bazarlarında fəal şəkildə əvəz edən LNG-nin ixracı üçün icazələrin verilməsində fasilə elan etdi və qərarı iqlim dəyişikliyi - "ekzistensial təhlükə" ilə bağlı vəziyyətlə izah etdi.

Müvafiq addım digər məsələlərlə yanaşı, Respublikaçı düşərgənin də tənqidinə səbəb olub. ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson bildirib ki, Baydenin qərarı “Rusiyanı gücləndirir” və Avropanı onun ixracına arxalanmağa məcbur edir.

Ülviyyə, Hurriyyet.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
2
hurriyyet.az

1Источники