RU

İran: Qəzzada ABŞ-ın günahı İsrailin günahından az deyil

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasser Kenani X sosial media hesabından verdiyi açıqlamada Fələstində və Qəzzada insanlığa qarşı törədilən cinayətlərə diqqət çəkib.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər veirr ki, Nasser Kenani Qəzzada törədilən insanlığa qarşı cinayətləri izah etməyin mümkün olmadığını bildirib.
 
O, bununla yanaşı ABŞ-ın bu məsələdə ən azı İsrail qədər günahkar olduğunu bildirib.

Kenani deyib: \"Bu dəhşətli qətllərin davam etməsində ABŞ və İsrail tərəfdarlarının günahı az deyil”.

Fələstində və Qəzzada insanların başına gətirilən ağrı və iztirabın sözlə ifadə edilə bilməyəcəyini vurğulayan Kenani, qətllər qarşısında susmağın insani və mənəvi məsuliyyətdən qaçmaq olduğunu qeyd edib.
 
Gülay
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
2
azxeber.com

3Источники