RU

İsveçrə Milli Bankı ilə əməkdaşlığın perspektivləri müzakirə olunub

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun rəhbərlik etdiyi nümayəndə heyəti Tacikistana işgüzar səfər çərçivəsində İsveçrə Milli Bankının sədri Tomas Cordan ilə görüşüb.

AMB-dan AZƏRTAC-a bildirilib ki, hər iki ölkənin Mərkəzi bankları arasında əməkdaşlığın cari vəziyyəti və perspektivləri görüşün əsas müzakirə mövzusu olub. Taleh Kazımov İsveçrə Milli Bankında sədrlik fəaliyyətini başa çatdıran həmkarına uğurlar arzu edərək Seçki Qrupu ölkələri arasında əməkdaşlığın daha da möhkəmləndirilməsinə və sıx tərəfdaşlıq əlaqələrinin qurulmasının təşviqinə verdiyi mühüm töhfəyə görə təşəkkürünü bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
azertag.az

1Источники