RU

Milix Yevdayev: Azərbaycan din və dövlətin harmoniyasını yaradan nadir ölkələrdəndir

Bakı, 2 iyul, AZƏRTAC

Azərbaycan din və dövlətin harmoniyasını yaradan nadir ölkələrdəndir. Məhz bunun nəticəsidir ki, Azərbaycanda 40-yaxın xalq birlikdə dinc və yanaşı yaşayır.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri Milix Yevdayev Azərbaycan-İsrail əlaqələrindən bəhs edən "Dostumuz, müttəfiqimiz" adlı kitabın təqdimat mərasimində deyib.

İcma rəhbəri vurğulayıb ki, Azərbaycan nəinki regionda, bütün dünyada öz imzası olan ölkədir və tolerantlığı, multikulturalizmi ilə nümunədir.

Azərbaycan həqiqətlərinin dünyada daha geniş şəkildə tanıdılmasının vacibliyini vurğulayan M.Yevdayev deyib: “Azərbaycan həqiqətlərinin dünyada tanıdılması çox mühüm məsələdir və hər birimiz bu istiqamətdə üzərimizə düşən vəzifəni yerinə yetirməyə borcluyuq. Xalq həmişə savab iş görən xeyirxah insanları xatırlayır və sevir. Vaqif Abdullayevin qələmə aldığı “Dostumuz, müttəfiqimiz” adlı kitab da Azərbaycan həqiqətlərinin tanıdılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

Избранный
97
azertag.az

1Источники