RU

Makronun koalisiyasının məğlubiyyəti səriştəsiz siyasətin nətcəsidir - Deputat

Bakı. Trend:

Fransada keçirilən növbədənkənar parlament seçkilərinə PrezidentEmmanuel Makronun koalisiyasının məğlubiyyəti bugünə qədər Makronunhəyata keçirdiyi səriştəsiz siyasətin nətcəsidir.

Bunu Trend-ə Milli Məclisin deputatı Afət Həsənova deyib.

O bildirib ki, son dövrlərdə Makronun apardığı həm daxili, həmdə xarici siyasət xalq tərəfindən bəyənilmirdi.

“Ölkə daxilində tez tez baş verən etiraz aksiyaları,etirazçılara qarşı polis zorakılığı xalqla iqtidar arasındagərginliyin pik həddə olduğunu, xalqın Makron hakimiyyəyininsiyasətindən narazı qaldığını aydın şəkildə ortaya qoyurdu. Onagörə ki, Makron hakimiyyəti siyasətini ölkə daxilində problemlərinhəlli deyil, digər bölgələrə müdaxilə, müstəmləkəçilik, separatizmədəstək, Ermənistanı silahlandırmaq üzərində qururdu. Məhz Makronhakimiyyəti dönəmində əhalinin rifahə xeyli pisləşib. Belə ki,Fransa xalqının sosial iqtisadi vəziyyəti 2 dəfə aşağı düşüb,inflyasiya 11 faiz yüksəlib. Pensiya islahatları isə sosialpartlayışla nəticələnib. Eyni zamanda Fransa xarici siyasətini dədügün qura bilmədi, böyük uğursuzluqlara düçar oldu, Afrikadanqovuldu”, - deyə deputat qeyd edib.

A.Həsənova diqqətə çatdırıb ki, hazırda da seçkilərin nəticələriaçıqlandıqdan sonra Fransada etiraz dalğas başlayıb.

“Məlumatlardan da aydın olur ki, nümayişçilər yanğınlar törədib,mağazaların vitrinlərini sındırıb və polis hər zamankı kimietirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edir. Bütün bunlarbir daha xalqın Makron hakimiyyətindən ciddi şəkildə narazıqaldığını bir daha ortaya qoyur”, - deyə deputat əlavə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
5
az.trend.az

1Источники