RU

ABŞ Amerika Kubokunda qrupda qaldı


Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş futbol üzrə Amerika Kubokunda qrup mərhələsinin növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, bu gün C qrupunda mübarizəyə yekun vurulub.

3-cü tur çərçivəsində Panama millisi Boliviyanı 3:1 hesabıyla məğlub edib. “Turan Tovuz”un panamalı legioneri Roderik Miller bu görüşü ehtiyat oyunçular skamyasından izləyib.

Günün digər oyununda meydan sahibi ABŞ yığması Uruqvay millisinə məğlub olub.

Bu nəticələrdən sonra Uruqvay 9, Panama isə 6 xalla növbəti mərhələyə vəsiqə qazanıb. ABŞ 3 xalla üçüncü olubsa, Boliviya turniri xalsız başa vurub. Bu iki komanda üçün Amerika Kuboku erkən başa çatıb.

Qeyd edək ki, Amerika Kubokunda mübarizəyə iyulun 14-də yekun vurulacaq. Sabah D qrupunun son oyunları keçiriləcək. Braziliya yığması Kolumbiyanı, Kosta Riki millisi Paraqvayı sınağa çəkəcək. Hər iki oyuna Bakı vaxtı ilə saat 05:00-da start veriləcək.

Amerika Kuboku
C qrupu
2 iyul

Boliviya – Panama 1:3
Qollar: Bruno Miranda, 69 – Xose Fayardo, 22. Eduardo Gerrero, Sezar Yanis, 90+1.

ABŞ – Uruqvay 0:1
Qol: Matias Oliveyra, 66.

Xallar: Uruqvay, 9. Panama – 6. ABŞ – 3. Boliviya – 0.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
40
8
arena.az

9Источники