RU

"Qalatasaray" transfer haqqını yenicə aldığı futbolçunu satışa çıxardı

"Qalatasaray" klubu "Çelsi"dən pulsuz transfer haqqını yenicə aldığı futbolçunu satışa çıxarıb.

Məlumata görə, "sarı-qırmızlar" Hakim Ziyeşin komandadan ayrılmasına icazə veriblər.

Türkiyə mediasında yayılan xəbərlərə görə, təcrübəli futbolçu üçün Səudiyyə Ərəbistanı klublarının təklif göndərdiyi bildirilib. "Qalatasaray" rəsmiləri isə pulsuz transfer olunan futbolçunun satışından minimum 10 milyon avro gəlir əldə etmək niyyətindədirlər.

Qeyd edək ki, Hakim Ziyeş 2023/24 mövsümündə icarə əsasında "Çelsi"dən transfer olunub. Daha sonra isə futbolçunun transfer haqqını heç bir ödəniş etmədən alıb.

Mənbə: Sporx.com

Mənbə: oxu.az

Aqreqator
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
oxu.az

1Источники