RU

Venesuela ABŞ hökuməti ilə dialoqun bərpa olunduğunu elan edib

Venesuela

Bakı, 2 iyul, AZƏRTAC

Venesuela Prezidenti Nikolas Maduro ikitərəfli münasibətləri gücləndirmək və birgə siyasi razılaşmaları təşviq etmək üçün ABŞ hakimiyyəti ilə birbaşa dialoqun bərpa olunduğunu bəyan edib.

AZƏRTAC xəbər verir ki, televiziya müraciəti zamanı prezident ABŞ hökumətinin çərşənbə günü davam etdiriləcək birbaşa dialoqların bərpası təklifini qəbul etdiyini bildirib. Nikolas Maduronun sözlərinə görə, Venesuela Milli Assambleyasının prezidenti Xorxe Rodrigez Qomez ABŞ hakimiyyəti ilə qarşıdakı birbaşa dialoqlarda Milli Dialoq Komissiyasının rəhbəri kimi Venesuela hökumətini təmsil edəcək.

Prezident bu danışıqların "hörmətlə, manipulyasiya olmadan dialoqun şərtlərini bərpa etmək imkanı verdiyini, həmçinin spekulyasiya olmadan ictimai dialoq olduğunu" vurğulayıb.

Qeyd edək ki, Venesuela ABŞ-la diplomatik əlaqələri 2019-cu ilin yanvarında kəsib. Vaşinqton və müttəfiqləri Venesuelaya qarşı birtərəfli qaydada 930-dan çox sanksiya tətbiq edib. Respublika iqtisadiyyatına ən böyük ziyan Dövlət Neft və Qaz Şirkətinə tətbiq olunan sanksiyalar nəticəsində dəyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
1
azertag.az

2Источники