RU

Ölkəmiz sabitlik adasına çevrilib- ÖZƏL

"Müstəqilliyimizin ilk illərində ölkəmizdə hər bir sahədə olduğu kimi daxili təhlükəsizlik sahəsində böyük xaos hökm sürürdü. Həmin dövrlərdə küçələrdə rahat gəzmək mümkün deyildi. İnsanlar qızıl zinət əşyaları taxmağa belə qorxurdular. Səhər evdən çıxan insanın axşam evinə sağ-salamat geri dönəcəyi bəlli deyildi". 

"Olaylar" xəbər verir ki, bunu millət vəkili Sədaqət Vəliyeva deyib:

"Ölkə daхilindəki hakimiyyət mübarizəsi, ağır kriminal durum, xaricdən isə Еrmənistanın Azərbaycana qarşı təcavüzü bu xaosu daha da dərinləşdirir, Azərbaycanı vətəndaş müharibəsinə sürükləyirdi.  Lakin Ulu Öndərimiz, Azərbaycan xalqının xilaskarı Heydər Əliyevin və ölkə başçısı cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi müdrik siyasət nəticəsində Azərbaycan elə çətin, ağır və kriminal vəziyyətdən bu günkü tam təhlükəsiz, sabitlik adasına çevrildi".

Alim Hüseynli
Olaylar.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Избранный
99
olaylar.az

1Источники