Moskva məhkəməsi Ukraynanın keçmiş Baş naziri Vladimir Qroysman və keçmiş xarici işlər naziri Pavel Klimkin barəsində qiyabi həbs qərarı verib.
APA-nın Rusiya bürosu xəbər verir ki, keçmiş ukraynalı məmurlar qadağan olunmuş müharibə vasitə və üsullarından istifadə etməkdə ittiham olunur.
Qeyd edək ki, Rusiya Qroysman və Klimkini beynəlxalq axtarışa verib.