RU

Dağıstanda terror qurbanlarının sayı 22-ə çatdı

İyunun 23-də Dağıstanda törədilən terror aktları nəticəsində ölənlərin sayı 22-ə çatıb. 

525.az Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Dağıstan Respublikasının rəhbəri Sergey Melikov vətəndaş cəmiyyəti institutlarının nümayəndələri ilə görüşdə bildirib. 

Onun sözlərinə görə, həlak olanlardan 17-i polis əməkdaşı, 5-i isə mülki şəxsdir.

"Terrorçuların zərərsizləşdirilməsi əməliyyatı zamanı öldürülənlərdən biri 2023-cü ilin oktyabrında Mahaçqala aeroportunda baş verən ixtişaşın əsas təşkilatçılarındandır" - deyə, S.Melikov bildirib.

Xatırladaq ki, iyunun 23-də bir qrup silahlı Mahaçqala və Dərbənddə 2 kilsə, 2 sinaqoq və 1 polis postuna basqın etmiş, 22 nəfər öldürülmüş, 40-dan çox insan isə yaralanmışdı.



L. Tağıyeva






















Bizi İnstagramda izləyin

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
525.az

1Источники