RU

Təyyarə qasırğa səbəbilə təcili eniş etdi - 30 sərnişin yaralandı

İspaniyanın paytaxtı Madriddən Uruqvayın paytaxtı Montevideoya yola düşən bir təyyarə havada şiddətli qasırğaya düşüb.

BAKU.WS BBC-yə istinadən xəbər verir ki, təcili eniş etməli olan təyyarədə 30 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

İspaniyanın "Air Europa" aviaşirkətinə aid "Boeing 787-9" təyyarəsi Braziliyanın şimal-şərq istiqamətindəki Natal hava limanına yönləndirilib.

Normal şəkildə yerə eniş edən təyyarəni təcili yardımlar qarşılayıb.

Sərnişinlərə ilkin tibbi müdaxilələr edilib. Vəziyyəti ağır olan 10 nəfər xəstəxanaya yerləşdirlib. Onların bəziləri kəllə travması alıb, bəzilərinin isə üzündə çapıq və kəsiklər meydana gəlib. 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
36
1
baku.ws

2Источники