Bakıda 62 yaşlı kişini avtomobil vuraraq öldürüb.

Leqal.info xəbər verir ki, hadisə Xəzər rayonu Şüvalan qəsəbəsində baş verib.

Yolu keçmək istəyən 1962-ci il təvəllüdlü Əhməd Arif oğlu Muradovu VAZ2106 markalı avtomobil vuraraq öldürüb. Piyada xəstəxanaya çatdırılsa da, dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Elvin Mahmudlu
Leqal.info