RU

Çempionlar Liqası: Azərbaycan təmsilçisinin püşkatmadakı səbəti açıqlanıb

Çempionlar

Bakı, 2 iyul, AZƏRTAC

İyulun 4-də futzal üzrə UEFA Çempionlar Liqasının 2024-2025-ci il mövsümünün püşkü atılacaq.

AZƏRTAC xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimində Azərbaycan çempionu “Araz-Naxçıvan”ın da rəqibləri bəlli olacaq. Naxçıvan təmsilçisi reytinq cədvəlinin 25-ci pilləsində yer aldığına görə, yeni mövsümə də ilkin mərhələdən başlayacaq.

Püşkün nəticəsinə əsasən, 32 komanda hər birində 4 klub olmaqla 8 qrupa bölünəcək. Yalnız qrup qalibləri (cəmi 8 klub) əsas mərhələyə vəsiqə qazanacaq və B yolunda mübarizə aparacaqlar.

Artıq komandalar səbətlərə bölünüblər. “Araz-Naxçıvan” püşkatmaya 5-ci səbətdən qatılacaq.

Qeyd edək ki, püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
3
azertag.az

4Источники