RU

Anxel Di Mariya Argentina yığması ilə bağlı qərarını açıqladı

Futbol üzrə Argentina yığma komandasının vingeri Anxel Di Mariya “albiseleste”nin heyətindəki gələcəyindən danışıb.

Arena.az Di Mariyanın bu barədə fikirlərini təqdim edir:

“Mən dəfələrlə demişəm ki, geriyə dönüş yoxdur. Bu Amerika Kuboku yığma komanda ilə sonuncu yarışımdır. Mən daha üç oyun oynamaq istəyirəm”, deyə Di Mariya vurğulayıb.

Xatırladaq ki, Argentina milli komandası Amerika Kubokunun sonuncu qalibidir. Çempion hazırda Amerika Birləşmiş Ştatlarında təşkil olunmuş 2024-cü ilin Amerika Kubokuna da əla başlayıb. Qrup mərhələsindəki hər üç oyunundan qalib ayrılmış Di Mariyanın komandası 1/4 finala yüksəlib. Argentina millisini bu mərhələdə Ekvador yığması ilə görüş gözləyir. İyulun 5-də keçiriləcək bu oyuna Bakı vaxtı ilə saat 05:00-da start veriləcək.

2023-cü ilin yayında İtaliyanın “Yuventus” klubundan ayrılan Anxel Di Mariya Portuqaliya təmsilçisi “Benfika”ya keçib. Argentinalı yarımmüdafiəçinin bu klubla müqaviləsi cari mövsümün sonuna kimi nəzərdə tutulsa da, tərəflər onu daha 1 il uzada bilərlər. Hələlik Di Mariyanın bu klubda qalıb-qalmayacağı tam dəqiqləşməyib.

Argentinalı ulduz daha öncə 2007-2010-cu illər aralığında da “Benfika”nın uğurları üçün çalışıb. O, Lissabon təmsilçisində bütövlükdə 172 oyun keçirib, 32 qol və 43 assistlə yadda qalıb.

Di Mariya karyerası ərzində PSJ (295 oyun, 93 qol, 119 assist), “Real” (190 oyun, 36 qol, 85 assist), “Yuventus” (40 oyun, 8 qol, 7 assist), “Rosario Sentral” (39 oyun, 6 qol, 2 assist) və “Mançester Yunayted” (32 oyun, 4 qol, 12 assist) kimi klublarda da forma geyinib.

36 yaşlı vinger Qətərdə dünya çempionu olduğu Argentina yığmasının heyətində 143 oyun keçirib, 31 qola imza atıb, 32 məhsuldar ötürmə edib.

“Transfermarkt” internet-portalı 36 yaşlı futbolçunun transfer dəyərini 3 milyon avro məbləğində qiymətləndirir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
arena.az

1Источники