RU

MEK ADA Universitetində keçirilən beynəlxalq kitab sərgisində

BAYRAQDAR MEDİA – AMEA-nın Mərkəzi Elmi Kitabxanası ADA Universitetində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş beynəlxalq kitab sərgisində öz stendi ilə iştirak edib.Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.Xəbərdə deyilir ki, “Ulu Öndər Heydər Əliyevin xüsusilə təhsilə, innovasiya və multikulturalizmə göstərdiyi diqqət və qayğının tədqiqi, həmçinin elmin, təhsilin, ədəbiyyatın təntənəsini qeyd etmək və fikir mübadiləsi aparmaq məqsədi ilə keçirilən sərgiyə MEK dahi şəxsiyyətin həyat və fəaliyyətini özündə əks etdirən, həmçinin Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasətə, ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqın mənafeyinə xidmət edən səmərəli və yorulmaz fəaliyyətinə həsr olunmuş 100-dən artıq kitabla qoşulub. Onların sırasında “Azərbaycan ədəbiyyatında vətən və dövlətçilik məfkurəsinin intibahı: Heydər Əliyevdən – İlham Əliyevə”, “Heydər Əliyev və Azərbaycan dilinin inkişaf konsepsiyası”, “Missiya”, “Heydər Əliyev siyasəti: tarix və müasirlik”, “Зарифа и Гейдар Алиевы. Любовь длиною в вечность”, “Diplomacy lessons in 44 days”, “Şuşa şəhəri: Azərbaycan mədəniyyəti Qafqaza və dünyaya” və digər nəşrlər yer alıb. Həmçinin MEK-in öz nəşrlərindən ibarət bölmədə “İnformasiya bülleteni”, “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi”, “Şuşa-270”, “Zərifə Əziz qızı Əliyeva” adlı biblioqrafik göstəricilər, eləcə də “Heydər Əliyev İli” çərçivəsində kitabxana tərəfindən ərsəyə gələn “Ulu Öndərin müdrik fikirləri” adlı audiodisk sərgilənir”.Sərgidə iştirak edən MEK-in baş direktoru, Prof. Məmməd Əliyev, icraçı direktor, Dos. Şəhla Tahirqızı yerli və xarici nəşriyatların nümayəndələri ilə görüşüblər, kitabxana haqqında ətarflı məlumat veriblər. EBSCO-nun təlim-treninqində iştirak edən MEK rəhbərliyi təşkilatın MDB üzrə meneceri Aleksandr Ritov ilə görüşüb, onu kitabxanaya dəvət ediblər.Sərgi müddətində MEK əməkdaşları ADA Universitetinin kitabxanası ilə də yaxından tanış olublar.Beynəlxalq tədbirdə MEK-ə dəyərli nəşrlər hədiyyə olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
413
bayraqdar.info

1Источники