RU

Bazarda qiymətlər artacaq – SATICILAR

Yanacağın qiymətindəki dəyişiklik topdansatış bazarına təsir edib.

TEMPİNFO xəbər verir ki, kənd təsərrüfatı məhsullarının daşınma xərclərində 20-25 faiz fərq yaranıb.

Rayonlardan Bakıya gətirilən məhsullar əsasən, dizel yanacağı ilə işləyən maşınlarla daşınır. Ona görə də dizel yanacağındakı qiymət fərqi onların daşınma xərclərinə də təsirsiz ötüşməyib.

“Qazax, Ağstafadan albalı, ərik gətiririk. 100 manata başa gəlirdi, indi isə 120-130 manata olacaq. 100 faiz qiymətə təsir edəcək”, – Əfqan İbrahimov adlı satıcı Xəzər TV-yə bildirib.

Allahverdi Süleymanov isə qeyd edir ki, kartof üçün Tovuza, pomidor üçün Masallıya, yemişə görə isə Sabirabada gedir və aşağısı avtomatik 10 qəpik hərəsinin üstünə gələcək.

Əlizamin İsmaylov adlı satıcı vurğulayır ki, əvvəllər rayona gedib-gələrkən 50-60 manat benzinə xərc çıxırdı, indi bu qiymət artıb və 6 manata Bakıya gətirdiyi məhsul, indi 8 manat olub.

İqtisadçı Xalid Kərimli bildirib ki, yanacağın bahalaşması məhsulların qiymətinin artmasına təsir göstərəcək.

Qeyd edək ki, ötən gün Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti bir litr üçün 1,10 manat, dizel yanacağının pərakəndə satış qiyməti isə bir litr üçün bir manat müəyyən edilib.

TEMPİNFO

Избранный
117
tempinfo.az

1Источники