RU

İsrail daha iki hərbçisini itirdi


İsrail Müdafiə Qüvvələri (IDF) Fələstinin HƏMAS hərəkatı ilə davam edən döyüşlər zamanı iki hərbçisinin öldüyünü təsdiqləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Qəzza zolağının cənubunda aparılan döyüş əməliyyatları zamanı “Nahal” briqadasının 931-ci batalyonundan 21 yaşlı çavuş Ori İtshak Hadad həlak olub. Digər tərəfdən, İordan çayının qərb sahilində, Tulkarm yaxınlığındakı Nur Şəms qaçqın düşərgəsində 22 yaşlı çavuş Yehuda Getto əldəqayırma partlayıcı qurğunun işə düşməsi nəticəsində həyatını itirib.
Bu məlumatları nəzərə alsaq, Fələstin-İsrail münaqişəsinin yeni raundu zamanı ölən İsrail hərbçilərinin sayı 672-yə çatıb.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
yeniavaz.com

1Источники