RU

Nebenzya: İstanbulda müharibənin dayandırılmasına çox yaxın idik, Qərb imkan vermədi

Nebenzya:

2022-ci ildə İstanbulda əldə edilən razılaşma ilə Ukrayna böhranı həllini tapmağa çox yaxın olsa da, Qərb sponsorları Kiyevi mübarizəni davam etdirməyə çağırdılar.

Reyting.az
xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Zelenski rejiminin qondarma sülh planı”nın əslində plan deyil, “zarafat” olduğunu deyən Nebenzyanın sözlərinə görə, bu plan çərçivəsində keçirilən konfrans uğursuzluqla nəticələnib.

“Prezident Vladimir Putinin dediyi kimi, Ukrayna böhranı 2022-ci ildə İstanbulda həll yoluna çox yaxın idi. Sonra nə oldu? Onların Qərb sponsorları Ukraynaya “Rusiya ilə mübarizəni davam etdirməyi” dedilər”, -diplomat əlavə edib.

Başda Böyük Britaniyanın baş naziri Boris Consonun bu vəzifəni üzərinə götürdüyünü və “Buça təxribatı”nın törədildiyini xatırladan Nebenzya bildirib ki, müqavilənin 95 faizi hazır olsa da, ukraynalılar danışıqlardan yayınıb.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın vasitəçilik təşəbbüsləri nəticəsində 2022-ci il martın 29-da İstanbulda aparılan danışıqlarla Ukrayna tərəfi gələcəkdə mümkün olan yazılı razılaşmanın prinsiplərini Rusiya tərəfinə çatdırıb və razılaşma çox yüksək səviyyədə olub. Amma Rusiyanın Buçada qətliam törətdiyinə dair iddialar ortaya çıxdıqdan sonra danışıqlar dayandırılıb. Mayın 17-də Ukrayna tərəfi ölkədə vəziyyətin çox dəyişdiyini və Rusiya ilə danışıqları dayandırdıqlarını bəyan edib.

E. KAMAL
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
reyting.az

1Источники