RU

Bayden xalqı Trampa qarşı çıxmağa çağırıb

“Amerika xalqı noyabrda keçiriləcək seçkilərdə Trampa öz hökmünü oxumalıdır. Onu ən yüksək posta qayıtmaq hüququndan məhrum etməlidir”.

Azpost.info bildirir ki, bu barədə ABŞ prezidenti Bayden bazar ertəsi axşam Ağ Evdə televiziya ilə müraciəti zamanı bildirib.

Prezident ABŞ Ali Məhkəməsinin  Trampın qismən toxunulmazlığı ilə bağlı qərarına münasibət bildirib.

“Amerika xalqı Donald Trampın davranışını mühakimə etməli olacaq. Xalq Trampın hakimiyyəti saxlamaq üçün zorakılıq dəstəyinin məqbul olub-olmadığına qərar verməlidir. Ən əsası, Amerika xalqı prezidentliyi bir daha Donald Trampa həvalə edib-etməyəcəyinə qərar verməlidir”, – deyə Bayden iddia edib.

O, Trampı ABŞ-da seçkilərinin nəticələrindən sonra hakimiyyətin ötürülməsini pozmağa cəhd etməkdə ittiham edib.

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
10
azpost.info

1Источники