RU

İran İsrailə qarşı Hizbullaha hər cür dəstək verəcəyini açıqlayıb

İsrail Livanla müharibəyə qərar verərsə, İran şiə Hizbullah hərəkatını dəstəkləmək üçün əlindən gələni edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “The Financial Times” qəzetinə müsahibəsində İranın ruhani lideri Ayətullah Əli Xameneinin müşaviri, İranın Beynəlxalq Əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Xarazi deyib.

Onun sözlərinə görə, hərtərəfli müharibə olacağı təqdirdə Tehranın şiə təşkilatına kömək etməkdən başqa yolu qalmayacaq.

Xarazi vurğulayıb ki, bütün Livan xalqı, ərəb ölkələri İsrailə qarşı müharibədə Livanı dəstəkləyəcək.

Oktyabrın 7-də Fələstin radikal HƏMAS hərəkatının minlərlə silahlı yaraqlısının Qəzza zolağından İsrailə daxil olması, dinc sakinlərə hücum etməsi və 200-dən çox girovu qaçırması ilə Yaxın Şərqdə vəziyyət daha da gərginləşib.

Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu bəyan edib. Quru əməliyyatı başladılıb, onun məqsədi girovları geri qaytarmaq və HƏMAS-ı tamamilə məhv etmək olub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
operativmm.az

1Источники