RU

KONKRET.az saytının 5 yaşı tamam oldu

KONKRET.az saytının yaranmasından 5 il ötür. 2019-cu il iyulun 2-də fəaliyyətə başlayıb. Qısa müddət keçməsinə baxmayaraq, Azərbaycan mediasında özünəməxsusluğu ilə seçilən saytda ölkəmizdə və dünyada baş verən xəbərlər işıq üzü görüb. Onlayn qəzet olaraq analitik materiallar, müsahibə və digər janrlarda bir-birindən maraqlı yazılar müəyyən oxucu kütləsi tapıb. Qürur hissi ilə deyə bilərik ki, ölkəmizdə söz azadlığının, mətbuat ənənələrinin qorunmasında saytımızın da xüsusi rolu olub.

Saytın peşəkar heyəti, əməkdaşlıq etdiyi jurnalistlər bundan sonra da əlindən gələni edəcək ki, KONKRET.az daha da oxunaqlı olsun, dünyada baş verən proseslərə işıq tutsun, informasiya təhlükəsizliyi mühitnə öz töhəhfəsini versin.

5 yaşın mübarək, əziz KONKET-çilər!

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
11
6
konkret.az

10Источники