RU

Ronaldo: "Bu, mənim son Avropa çempionatımdır"

style='margin-bottom:10px;'>

Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo Avro-2024-ün 1/8 finalında Sloveniyanı məğlub edərək növbəti mərhələyə adlamaqlarından sonra açıqlama verib.

QOL.az xəbər verir ki, 39 yaşlı hücumçu bu Avropa çempionatının onun üçün sonuncu olduğunu deyib: 

“Bu, əlbəttə ki, mənim son Avropa çempionatım olacaq. Amma bu, məni narahat etmir. Çünki əni hərəkətə gətirən həvəsdir. Azarkeşlərimizi sevirəm. Darıxsam da, olmasam da, bu forma üçün hər zaman hər şeyimi verəcəm. Və mən bunu ömrüm boyu edəcəm. Biz məsuliyyəti öz üzərimizə götürməliyik”.

Xatırladaq ki, Avro-2024-ün 1/8 final mərhələsində Portuqaliya millisi Sloveniyaya penaltilər seriyasında qalib gəlib. Matçın gedişində Ronaldo penaltini qaçırsa da, penaltilər seriyasında Yan Oblakın qapısına qol vurmağı bacarıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
teleqraf.com

1Источники