RU

"Mənim birinci kursda öyrəndiyim mövzunu uşaq 3-cü sinifdə öyrənir" - VİDEO

"Mənim birinci kursda öyrəndiyim mövzunu uşaq 3-cü sinifdə öyrənir" - VİDEO

Valideyn öz övladının məktəb proqramını anlamırsa, burada bir uyğunsuzluq var. Sovet dövründə valideyn özü hansı tədrisə yiyələnmişdisə, övladıda eyni təhsili alırdı. Buna görə də valideyn rahat şəkildə övladının dərsləri ilə məşğul olurdu. Lakin indi ibtidai sinifdə verilən bəzi anlayışları əksər müəllimlər heç ali məktəbdə belə keçməyiblər. Valideyn artıq bilmir ki, övladının gündəlik yoxsa repetitor xərclərini qarşılasın.

Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "ARB Xəbər" maraqlı araşdırma aparıb.

Valideynlər deyir ki, dərsliklər o qədər qəliz yazılıb ki, övladlarına kömək edə bilmirlər. Məcbur repetitorlara müraciət etməli olurlar.

"Mənim birinci kursda keçdiyim mövzular uşağın 1-2-ci sinif dərsliyində var. Elə olur ki, uşağın yaşına uyğun olmayan mövzular verilir. Hətta bunu müəllimlər nə cür izah etsələr də, evdə onu valideynlər belə başa düşmür. Uşaqları çox yükləyirlər".

Təhsil ekspertləri də deyir ki, mövzuların çətinliyi ilə yanaşı dərs yükü də olduqca ağırdır. Bu da şagirdlərin və valideynlərin işini daha da çətinləşdirir.

Ətraflı "ARB Xəbər"in süjetində:

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
8
sonxeber.az

1Источники