RU

Tokayevi tənqid edən fəal sui-qəsddən sonra ÖLDÜ

İyunun ortalarında sui-qəsdə uğrayan qazaxıstanlı fəal və müxalifətçi Aidos Sadıkov Kiyevdə vəfat edib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı Natalya məlumat verib.

Sadıkova qarşı sui-qəsd iyunun 18-də Kiyevin Şevçenkovski rayonunda baş verib. Müxalifətçinin avtomobili həyat yoldaşı ilə birlikdə içəridə olarkən bir neçə atəşə tutulub. 56 yaşlı Aidos Sadıkov ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib, həyat yoldaşı Natalya isə xəsarət almayıb. O, Sadıkova sui-qəsd cəhdini ərinin müxalifət fəaliyyəti və prezident Jomart Tokayevi tənqid etməsi ilə əlaqələndirib. Kiyev prokurorluğu ibtidai istintaqa başlayıb.

Fəal 13 gün reanimasiyada mübarizə aparsa da, onun həyatını xilas etmək mümkün olmayıb. 

Ukrayna fəala sui-qəsddə şübhəli bilinən şəxslərin ekstradisiyasını tələb etmək niyyətindədir. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
47
unikal.az

10Источники