RU

Cinpin: "ŞƏT sammiti Qazaxıstan və Çin əməkdaşlığında yeni səhifə açacaq"

İyulun 3-4-də Astanada keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti iştirakçı ölkələri bir araya gətirəcək və əməkdaşlıqda yeni səhifə açacaq. 

"Operativ Media" xəbər verir ki, bunu Çin Prezidenti Si Cinpin deyib.

O, Qazaxıstanın sədrliyi çərçivəsində çox məhsuldar iş apardığını və bunun ŞƏT-in nüfuzunun artmasına kömək etdiyini bildirib.

Çin lideri vurğulayıb ki, ÇXR və Qazaxıstan beynəlxalq və regional münasibətlərdə oxşar mövqelərə malikdir. Eyni zamanda BMT, ŞƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsi və digər beynəlxalq platformalar çərçivəsində sıx əməkdaşlıq edir.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
operativmedia.az

1Источники