RU

Böyük Qayıdışın ikinci dalğası: Qarabağdan İrəvana doğru...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 1-də Kanadanın ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kevin Hamiltonun etimadnaməsini qəbul edib. Qəbul zamanı Qərbi Azərbaycana qayıdışla bağlı ənənəvi mövqeyini bir daha ortaya qoyan dövlət başçısı, qayıdış hüququnun Qərbi Azərbaycan icmasının nümayəndələrinə də şamil edilməsi gərəkdiyini vurğulayıb.

 

Xatırladaq ki, Prezident İlham Əliyev bundan öncə də dəfələrlə Qərbi Azərbaycan sakinlərinin öz doğma torpaqlarına qayıdacağı, oradakı tarixi-mədəni irsimizin bərpa ediləcəyi ilə bağlı açıqlamalar vermiş və bunun sülh yolu ilə gerçəkləşəcəyini söyləmişdir. Prezidentin Kevin Hamiltonu qəbul edərkən bu mövzuya bir daha toxunması dövlətimizin bu məsələyə prinsipial münasibətini, mübarizə əzmini göstərdi.

 

Hələlik Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmayıb. Qərbi Azərbaycan İcması nümayəndələrinin öz tarixi torpaqlarına qayıdışı ilə bağlı da Ermənistanla ölkəmiz arasında hər hansı anlaşma mövcud deyil. Lakin İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı səsləndirdiyi fikirlər hər bir azərbaycanlı tərəfindən tam ciddi və real qəbul edilir. Bunun ən başlıca səbəbi Müzəffər Ali Baş Komandanın cəmi 44 gün ərzində düşməni 30 il işğalda saxladığı, möhkəmləndiyi Qarabağ və ətraf ərazilərdən qovması, Qarabağa qayıdışı təmin etməsidir. Məhz bu zəfər İlham Əliyevə “mümkünsüzü mümkün edən lider” imici bəxş etdi.

 

Bu gün Qərbi Azərbaycana qayıdışla bağlı fikirlər məhz bu liderin dilindən səslənməkdədir. İrəvana, Göyçəyə qayıdışla bağlı səslənən fikirlərə inam bəxş edən, bu fikirlərə reallıq qatan ən böyük amil də məhz budur. Məhz bu fakt bizi əmin edir ki, bu gün Qarabağa Böyük Qayıdışı təmin edən dövlət başçısı, sabah bu qayıdışın ikinci dalğasını başladacaq,  Qarabağ kimi Qərbi Azərbaycan da əsl sahiblərinin dönüşünü bayram edəcək.  Həm də sonsuza qədər...

 

Seymur ƏLİYEV

 

Избранный
114
35
moderator.az

10Источники