RU

1,5 milyon gömrük ödənişlərinin ödənilməsindən yayınan şirkət rəhbəri ilə bağlı qərar verildi

Ali Məhkəmədə gömrük ödənişlərinin ödənilməsindən yayınmada təqsirləndirilən İlqar Ənvərlinin barəsindəki qərardan yenidən dövlət ittihamçısı tərəfindən verilən kassasiya protestinə baxılıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 

Qərara əsasən, protest təmin edilməyib.

 

İttihama görə, İlqar Ənvərli Məhdud Məsuliyyətli Cəmiyyətlərindən (MMC) birinin təsisçisi və direktoru olub. O, 1 551 344 manat məbləğində gömrük ödənişlərini büdcəyə ödəməkdən qəsdən yayınıb. 

 

Qaradağ Rayon Məhkəməsinin hökmü ilə İlqar Ənvərliyə şərti cəza verilib. İş üzrə mülki iddia təmin edilərək 1 551 344 manat məbləğində pul məhkumdan tutularaq dövlət nəfinə ödənilməsi hökm edilib. Lakin dövlət ittihamçısı həmin hökmdən narazı qalaraq apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi protesti qismən təmin edib, Qaradağ Rayon Məhkəməsinin hökmünü dəyişdirib. Belə ki, Cinayət Məcəlləsinin (CM) 70-ci (şərti) maddəsinin tətbiqi saxlanılmaqla CM-in 69.3-cü maddəsinin tətqibiqinə və müvafiq hesablamalara dair göstəriş və müddəalar hökmdən xaric edilib. İş üzrə mülki iddia qismən təmin olunub və 1 551 344 manat məbləğində pul məhkum tutularaq dövlət nəfinə ödənilməsi, iş üzrə maddi sübut kimi tanınmış və Yasamal Rayon Məhkəməsinin qərarı ilə üzərinə həbs qoyulmuş DGK “Azərterminalkompleks” birliyində saxlanca verilməklə təqsirləndirilən şəxsə məxsus 193 və 81 adda gömrük ödənişlərinin predmeti hesab olunan malların dövlət mülkiyyətinə keçirilməklə iddia tələbinə yönəldilməsi və iddianı qarşılamadığı halda qalan məbləğin təqsirləndirilən şəxsdən tutulması qərara alınıb.

 

Kamal Məmmədov

 

Tarix: 2 İyul 2024, 08:52   
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
3
pravda.az

1Источники