Qiymət dəyişikliyi bazara necə təsir EDİB? - VİDEO
Kənd təsərrüfatı məhsullarının daşınma xərclərində 20-25 faiz fərq yaranıb. Rayonlardan Bakıya gətirilən məhsullar əsasən dizel yanacağı ilə işləyən maşınlar ilə daşınır. Bu isə o deməkdir ki, dizel yanacağındakı qiymət fərqi onların daşınma xərclərinə təsirsiz ötüşməyib.
Sonxeber.az xəbər verir ki, mövzu ilə bağlı "Xəbər Ertəsi"nin əməkdaşları araşdırma aparıb:
"Qazax və Ağstafadan albalı və ərik gətiririk. Dizelin qalxmağı bizə təsir edəcək. Çünki biz 100 manata yanacaq ilə gəlirdik. İndi bu qiymət 130-140 manat təşkil edir. Qiymət kənddə dəyişmir. Sadəcə olaraq qiymət dəyişikliyi bazara təsir edəcək. Bu qaçınılmazdır. Tovuza və Masallıya məhsul gətirmək üçün gedirik. Ən azı məhsulların üzərinə 10-15 qəpik gələ bilər".
Ekspertlərin fikrincə, qiymətlərin dəyişməsi məhsulun qiymətinə təsir edəcək.
Ətraflı "Xəbər Ertəsi"nin süjetində: