Məşhur müğənni Pyer Narcissenin qızı atasını məişət zorakılığına görə əfv etdiyini bildirib.
Reyting.az xəbər verir ki, Karolina-Kristel canlı teleyayımda hər ailənin “daxilində öz sirlərinin” olduğunu etiraf edib.
Tanınmış sənətçinin 17 yaşlı qızı o zaman valideynlərini ittiham edəndə sadəcə uşaq olduğunu xatırladıb. Karolina problemi, sadəcə, şişirtmiş ola biləcəyini inkar etmir.