ABŞ Ali Məhkəməsi Donald Trampın 6 Yanvar Konqresə Basqınındakı roluna və 2020-ci il prezident seçkilərinə müdaxilə iddialarına görə bəzi məsələlərdə toxunulmazlığa malik olduğu ilə bağlı qərar qəbul edib.
Məhkəmənin bu qərarından sonra Tramp “Bu, Konstitusiyamız və demokratiyamız üçün böyük qələbədir”, – deyə açıqlamça verib.
ABŞ Ali Məhkəməsinin hakimləri Trampın ona qarşı irəli sürülən ittihamlara qarşı prezident toxunulmazlığına malik olması ilə bağlı məhkəməyə müraciətini dəyərləndirib.
Məhkəmə 6 səsdən 3-ünün lehinə səsi ilə Trampın lehinə qərar qəbul edib.