RU

AÇ-2024: 1/4 finala yüksələn daha iki komanda məlum olub

Yayımlandı: 2 İyul 2024 01:51 Fransa millisi Belçikanı, Portuqaliya Sloveniyanı məğlub edib İyulun 1-də Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında 1/8 finalın daha iki oyunu keçirilib. Günün ilk oyunu Düsseldorfdakı “Esprit Arena”da Fransa və Belçika milliləri arasında baş tutub. Saat 20:00-da başlayan görüşdə Fransa yığması 1:0 hesablı qələbəyə sevinib. Didye Deşamın baş məşqçisi olduğu komanda bu qələbə sayəsində AÇ-2024-də 1/4 finala yüksəlib. Saat 23:00-da start göturən ikinci matçda isə Portuqaliya və Sloveniya yığmaları üz-üzə gəlib. Oyun “Frankfurt Arena”da keçirilib. Qarşılaşmada əsas və əlavə vaxtda qapılara qol vurulmayıb. Penalti zərbələrini daha dəqiq yerinə yetirən Portuqaliya yığması 1/4 finala vəsiqə qazanıb. Portuqaliyalılar bu mərhələdə Fransa millisi ilə üz-üzə gələcəklər. İyulun 2-də 1/8 finalın daha iki oyunu keçiriləcək. Rumıniya Niderland, Türkiyə Avstriya millisi ilə qarşılaşacaq. Avropa çempionatına iyulun 14-də yekun vurulacaq. Meydan TV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
24
xural.com

1Источники