RU

Türkiyəli nazir istefa verdi

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki tutduğu vəzifədən istefa verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “TRT haber” məlumat yayıb.

O, açıqlamasında bu qərarı səhhətində yaranan problemlə bağlı qəbul etdiyini deyib:

“Dövlətimə xeyirli olan işlərdə fəaliyyətim davam edəcək”.

Özhaseki istefa ərizəsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təqdim edib. 

Qeyd edək ki, nazir bu vəzifəyə keçən il təyin olunmuşdu.

Xatırladaq ki, dünən “TGRT Haber” Türkiyədə bir neçə nazirin istefaya göndəriləcəyi haqda məlumat yaymışdı.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
2
qafqazinfo.az

3Источники