RU

Məhkəmələrdən (də) şəxsi biznes obyektləri kimi yararlanılır

Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov… məhkəmə yox, qərəz hakimləridirBakı AM-in texniki heyəti Şərafət Məmmədovanın özbaşınalığının vəkili rolunda







Bakı Apellyasiya Məhkəməsinin Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifovdan ( 23.04.2024-cü ildə Mehriban Qarayeva ilə əvəzlənib – M.B.) ibarət üçlüyü 9 dəfə eyni işə hakim təyin olunub və məhkəmə tərkibinə 10-dan çox etirazın heç birinə baxılmayıb. Sonuncu dəfə 23.04.2024-cü ilə iclas təyin edən Şərafət Məmmədova 29.02.2024-cü il tarixli sms-bildirişində heyət barədə açıqlama verməyib. Halbuki bu açıqlamanın verilməsi mütləqdir. Nədən məhkəmə tərkibinə etiraz etmək üçün heyətin kimlərdən ibarət olması bilinməlidir. Lakin Şərafət Məmmədova ya savadsızlıqdan, ya çoxillik qərəzindən ( bu qərəz hakimi 8 ildir 20.06.2016 tarixli, 2-1(81)-1095/16 saylı qərarını borclu Sosial Xidmətlər Agentliyinin rüşvətindən aşağıda tutub icrasını təmin etmir, 06.05.2015 tarixli Bakı Apellyasiya Məhkəməsinin 02.07.2015-ci ildə ləğv etdiyi işini qanuna zidd olaraq icraatına götürüb, 9 ildir gizlədir, yenidən baxılmasına imkan vermir) nə prosessual qanunvericiliyə əməl edib, nə də Ali Məhkəmə Plenumunun “Hakimə (məhkəmə tərkibinə) etiraz etmə barədə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında” 24.11.2005 tarixli Qərarına.Rüşvətdən, qərəzdən savadsız hakimin və heyətinin diqqətinə həmin cəmi 14 bənddən ibarət qərarın önəmli bəndlərini bir daha diqqətə çatdırırıq.” 2.3. Qanunvericilikdə nəzərdə tutulmuş, hakim tərəfindən işə baxılmasına yol verilməyən halların mövcud olması ona etiraz edilməsi və ya hakimin özü-özünə etiraz etməsi üçün əsasdır”. Qanunvericilik (“Məhkəmələr və hakimlər haqqında qanunun 16-cı maddəsi) isə işin baxılmasında iştirak etmiş hakimin təkrar məhkəmə baxışında iştirakını yolverilməz sayır , belə halda hakimin özünün işdən imtinasını, mütləq kənarlaşdırılmasını doğrulayır. Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov üçlüyü isə təkrar 9 dəfə(??) eyni işə hakim təyin edilib!(?) “3.2. Əsaslar olduqda hakimin özü-özünə etiraz etməsi onun VƏZİFƏSİDİR. Hüquqi əsaslar olduqda ona etiraz edilib-edilməməsindən asılı olmayaraq hakim özü -özünə etiraz etməyə BORCLUDUR” . Bəs niyə Şərafət Məmmədova, Pərviz Hüseynov, Cahangir Yusifov VƏZİFƏSİNƏ və BORCUNA xilaf çıxıb? Bəs niyə Məhkəmə Hüquq Şurası bu “DOQQUZQAT” hakimliyə , daha doğrusu, özbaşınalığa qiymət vermir?Məhkəmə heyəti nə anında baxmağa borclu olduğu etiraza baxaraq uyğun qərar çıxarıb, nə vəkillə dövlət hesabına təminat barədə , nə də iclasın video-konfrans əlaqə sistemi vasitəsilə keçirilməsi haqqında ərizələrə. 23.04.2024 tarixli, 2-1(103)-1960/24 saylı yekun qərardad çıxarıb. Bu qərardaddan kassasiya şikayəti vermək üçün dövlət hesabına vəkillə təminat haqqında ərizəyə də 2 aydır cavab verilmir. Şərafət Məmmədova işə baxmadan “işə baxıb” , şikayət hüququna HÜQUQDAN SUİ-İSTİFADƏ adına qadağa qoyaraq, işi Bakı İnzibati Məhkəməsinə qaytarıb. Özbaşınalığı, məhkəmə təminatı hüququna qadağanı göz önünə gətirin, məhkəmə (heyəti) nə İPM-in 13 və 48-ci maddələri əsasında özü yardım edir, nə vəkil ayırır, nə etiraza baxır!(?) Belə məhkəmə hakimiyyəti yalnız və yalnız Azərbaycanda olar!Deyəsən, məhkəmə tərkibi özünə, özbaşınalığına cavab verməyə vəkil tutub. Bakı Apellyasiya Məhkəməsinin texniki heyəti- aparatı, ümumi şöbəsi Şərafət Məmmədovanın və heyətinin müdafiəsinə qalxıb. İcraat elektron sistemdən aparıldığı halda aparat rəhbərinin müavini Nizami Hüseynov, ümumi şöbənin müdiri Orxan Cəbrayılov poçt vasitəsilə PA-dan, MM-dən, Ali Məhkəmədən … gələn etirazlara Şərafət Məmmədovanın vəkili, müdafiəçisi kimi cavab verirlər ki, vəkil ayrılmasından imtina haqqında məhkəmə tərkibinin 15 ay qabaqkı 25.04.2023 tarixli qanuni qüvvəyə minmiş qərardadı mövcuddur. Belə çıxır, bu hüquqa qadağa qoyan qərardad presedent kimi, preyudisial akt kimi Konstitusiyadan da üstündür? Bu qərardad Konstitusiyanın 60, 61-ci maddələrini qüvvədən salıb? Belə özbaşınalığı , Konstitusiyaya tüpürməyi yalnız Azərbaycan məhkəmələri edə bilər. Əcəb konstitusion hüquqdur, azadlıqdır, 25.04.2023 tarixli 1-ci dərəcəli əlilə dövlət hesabına vəkil ayrılmasından HÜQUQDAN SUİ-İSTİFADƏ “ƏSASI” İLƏ imtina qərardadı 23.04.2024 tarixli aktdan şikayət verməyə qadağa qoyur. Eyni iş, eyni heyət, eyni iddiaçı, eyni cavabdeh və eyni özbaşınalıq, eyni qərardad!Dövlət hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verirmi? Konstitusiya, qanun “hə” , icra, məhkəmə hakimiyyəti “yox” deyir. Görək, Konstitusiya Məhkəməsi nə deyəcək? O da hüquqa qadağanı, məhkəməyə müraciəti, kassasiya şikayəti verməyə dövlət (hesabına vəkil) qadağasını ƏSAS İNSAN VƏ VƏTƏNDAŞ HÜQUQ VƏ AZADLIĞI, HÜQUQDAN SUİ-İSTİFADƏ “AZADLIĞI” sayacaqsa, vay bizim hüquq və azadlığımıza!Məhkəmə hakimiyyətinin Konstitusiyanın 60, 61-ci maddələri ilə təminat verilən insan və vətəndaş hüquq və azadlıqlarından şəxsi biznes amacı ilə yararlandığı üzə çıxır. Elə Şərafət Məmmədova və dəstəsinin 1-ci dərəcəli Qarabağ qazisinin inzibati, məhkəmə, hüquqi yardım hüququna qeyri-prosessual qadağası, işə baxmadan “işə baxıb”, şəxsi kabinetdə DÖVLƏT VERGİ XİDMƏTİNƏ göndərməsini bildirməsi biznes fəaliyyətini ortaya qoyur…



Məğrur Bədəlsoy





Share




Tweet


Share



Share

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
18
azadliq.info

1Источники