RU

BMT: Beynəlxalq ictimaiyyət Əfqanıstanla əlaqə qurmaq niyyətindədir

Beynəlxalq ictimaiyyət “Taliban”ın başçılıq etdiyi Əfqanıstanla əlaqələri davam etdirmək niyyətindədir.

TASS xəbər verir ki, bu barədə BMT baş katibinin müavini Rozmari DiKarlo Dohada keçirdiyi mətbuat konfransında bildirib.

Eyni zamanda o qeyd edib ki, Kabillə qarşılıqlı əlaqə Talibanı tanımaq demək deyil.

Bundan əvvəl Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Talibanın terrorçular siyahısından çıxarılmasının mümkünlüyü barədə danışıb.

“Taliban” – təşkilat terror fəaliyyətinə görə BMT-nin sanksiyaları altındadır.

DOĞRU.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
9
dogru.az

1Источники