RU

Süni ət istehsalına qadağa qoyuldu

ABŞ-ın Florida ştatı laboratoriya şəraitində hazırlanmış süni əti qadağan edib.

Teleqraf.com xəbər verir ki, ştat ərazisində süni ətin istehsalı, satışı və paylanması qadağan edilib.

Florida ştatı Dünya İqtisadi Forumunun alternativ zülal mənbəyi kimi irəli sürdüyü və ABŞ Kənd Təsərrüfatı Departamentinin ötən ilin iyununda ölkədə satışına icazə verdiyi laboratoriyada istehsal edilən ətin satışını qadağan edən ilk ştat oldu. Keçən may ayında Florida qubernatoru Ron DeSantis tərəfindən imzalanmış və süni əti “saxta ət” kimi təyin edən qanunu pozanları 500 dollar cərimə və ya 60 günə qədər həbs gözləyir.

Oxşar qanun layihəsinin qəbul edildiyi Alabama ştatında süni ət qadağası oktyabrın 1-dən qüvvəyə minəcək. Laboratoriyada ət istehsalı, satışı və paylanmasına qadağa qoyan qaydalara əməl etməyənləri 500 dollar cərimə və ya üç aya qədər həbs cəzası gözləyir.

Dünyada süni ət istehsalı sahəsində təxminən 150 şirkət fəaliyyət göstərir və onlardan 43-ü ABŞ-dadır.


Müəllif: Arzu
Избранный
108
teleqraf.com

1Источники