Qazaxıstanda terror təhlükəsinin “sarı” həddə çatdırılacağı açıqlanıb.
KONKRET.az xəbər verir ki, bu haqda Qazaxıstan Terrorla Mübarizə Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, buna səbəb iyulun 2-dən iyulun 5-dək Qazaxıstanda bir sıra mühüm beynəlxalq tədbirlər, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin dövlət başçılarının zirvə toplantısının keçirilməsi və Çin liderinin dövlət səfəridir.
Qeyd olunur ki, “sarı”səviyyəyə xüsusilə, paytaxt Astanada, Almatı, Karaqandı və Kökşetau şəhərlərində qaldırılacaq.