RU

“Boeing” şirkətinə cinayət işi qaldırılacaq - Dələduzluq

ABŞ Ədliyyə Nazirliyi Amerikanın “Boeing” korporasiyası 2018-2019-cu illərdə bu markalı təyyarələrin qəzaya uğraması ilə bağlı razılaşmanı pozduğuna görə ona qarşı cinayət işi qaldırmağa qərar verib. 

Valyuta.az xəbər verir ki, bu barədə RİA Novosti məlumatlı mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, bu, təcrübələrin nəzərdən keçirilməsi və müntəzəm hesabatların təqdim edilməsi şərti ilə şirkəti cinayət təqibindən qoruyan 2021-ci il müqaviləsinin pozulmasıdır. Mənbə bildirib ki, Boeing-ə qarşı ittiham aktında ABŞ hökumətini təyyarə təhlükəsizliyi tədbirləri ilə bağlı aldatmaqda bir fakt var.

ABŞ Ədliyyə Nazirliyi iyulun 7-nə qədər bu məsələ ilə bağlı rəsmi qərar qəbul edib, elan etməlidir.

May ayında məlum olub ki, ABŞ Federal Aviasiya Administrasiyası (FAA) Boeing 787 Dreamliner təyyarəsinin sınaqları zamanı sənədləri saxtalaşdırmaqda şübhəli bilinən Boeing təyyarə istehsalçısının əməkdaşlarına qarşı araşdırmaya başlayıb.

Nicat
 

Избранный
111
valyuta.az

1Источники