RU

Keyn Bellingemin Slovakiyaya vurduğu qoldan danışdı

İngiltərə yığmasının hücumçusu Harri Keyn AÇ-2024-ün 1/8 finalında komanda yoldaşı Cud Bellingemin Slovakiya yığmasına vurduğu qolu şərh edib.

Arena.az ingilis hücumçunun bu barədə fikirlərini təqdim edir:

“Hesab edirəm ki, bu, ölkəmizin tarixində ən yaxşı qollardan biridir. Bu necə oyunçudur! Bu, onun həlledici məqamlarda gündəmə gəlməyi bacardığını deməyə əsas verir”, deyə Keyn vurğulayıb.

Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona da Bellingemin onlarla oyunun 90+5-ci dəqiqəsində vurduğu qoldan danışıb. Hansı ki, Bellingemin qolu oyunu əlavə vaxta daşıyıb, ingilislər ikinci qolu da vuraraq, 2:1 hesablı əzmkar qələbə qazanıblar.

“Oyunun bitməsinə cəmi bir neçə saniyə qalarkən “Real”da çıxış edən futbolçudan qol buraxdıq. Bu, bir neçə santimetr məsələsidir – və siz cəzalandırılırsınız. Ola bilsin ki, indi daha yaxşı müdafiə oluna bilərdik, amma bu, baş verir”, deyə italyan mütəxəssis məyusluqla bildirib.

“Mançester Yunayted”in keçmiş müdafiəçisi, hazırda futbol mütəxəssisi olan Qari Nevill isə İngiltərə yığmasının Slovakiyaya qarşı oyununu belə şərh edib:

“Biz inanılmaz dərəcədə bəxtəvər idik və ulduzlara təşəkkür etməli, göylərə baxmalı və hər şeyə görə yuxarıdakılara minnətdar olmalıyıq, çünki çox bərbad oynadıq. Ardıcıl dördüncü oyundur ki, pis oynayırıq, əlavə vaxtda da yaxşı oynamadıq, elə bil Slovakiya yığmasını özümüzə çəkirdik, sonda onların bəxti gətirmədi. İndi komanda nəyisə kökündən dəyişməlidir.

Sautqeytə görə şadam. Studiyada bizim hamımız onu tanıyırıq, o, əla oğlandır, çox dürüstdür, amma tezliklə tükdən asılı olduğunu anlayacaq”, deyə Nevill vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
19
arena.az

1Источники