RU

KomandaAzərbaycan millisinin böyük məşqçisi: Məqsədimiz komandanı gücləndirib dünya çempionu etməkdir

"4-cü dəfədir ki, qitə çempionu oluruq, lakin hələ dünya çempionu olmamışıq. Məqsədimiz komandanı daha da gücləndirib dünya çempionu etməkdir".

“Report”un məlumatına görə, bunu Azərbaycanın sərbəst güləş millisinin böyük məşqçisi Əsgərxan Novruzov Serbiyanın Novi Sad şəhərində keçirilən U-17 Avropa çempionatındakı çıxışları barədə Heydər Əliyev adına hava limanında jurnalistlərə açıqlamasında deyib.

"Keçən il də komandanın çempion olmaq şansı var idi, amma bir görüş geridə qaldıq. Ondan öncəki il yüksək göstərici ilə çempion olmuşduq, yenidən arzumuz idi ki, o uğuru təkrarlayaq. 2022-ci ildən zəif olsa da, bu dəfə də komanda hesabında çempion olduq. Bu il əvvəlki illərdən fərqli olaraq təlimlər yüksək səviyyədə keçmişdi. Dünya çempionatında komandanın heyətində 3-4 çəkidə dəyişiklik gözlənilir", - böyük məşqçi bildirib.

Qeyd edək ki, yığmamız ikinci pillədəki Ermənistanı 36 xal qabaqlayaraq Avropa çempionu olub. Türkiyə (119) isə üçüncü yeri tutub.

Böyük məşqçi Əsgərxan Novruzov, məşqçilər Vahid Məmmədovla Rövşən Hacıyevin rəhbərliyi altında Muhamməd İsmayılov (51 kq) və İsa Yusibov (65 kq) qızıl, Hüseyn İsmayılovla (60 kq) Muxamad Qantemirov (110 kq) gümüş, Hacıhüseyn Əhmədzadə (48 kq) və Hüseyn Hüseynov (55 kq) isə bürünc medal qazanıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
6
1
far.az

2Источники