RU

Gürcü iş adamından fantastik vəd - AÇ-nin STİMULU

Hələ ki AÇ-2024-ün əsas sürprizi sayılan Gürcüstan yığması ilə bağlı maraqlı xəbər var.

Məlum olduğu kimi, qonşularımız tarixində ilk dəfə iştirak etdiyi turnirdə 1/8 finala vəsiqə qazanıb. Bu arada gürcüstanlı iş adamı və milyarder Bidzina İvanişvili həmyerlilərinin əməyini layiqincə qiymətləndirmək qərarına gəlib. O heç də asan olmayan qrupda 4 xal toplayan və pley-offa vəsiqə qazanan Gürcüstan yığmasına bu uğura görə 10 milyon dollar mükafat verəcəyini açıqlayıb! Oliqarx həm də gürcüstanlı futbolçuları stimullaşdırıb. Belə ki, İvanişvili 1/4 finala vəsiqə qazanılacağı təqdirdə bu məblği ikiqat artıracağını bildirib! Amma bunu etmək gürcülər üçün heç də asan olmayacaq. Çünki 1/8 finalda rəqib İspaniyadı. “Forbes”in məlumatına inansaq, İvanişvilinin sərvəti təxminən 4,9 milyard avrodu ki, bu da Gürcüstanın dövlət büdcəsinin 1/4 hissəsinə bərabərdi. O daha öncə Gürcüstanın baş naziri vəzifəsini də icra edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
26
football-plus.az

1Источники