RU

Əsgərxan Novruzov: "10 nəfərin 10-u da medal üçün güləşdi"

"Keçən il də komandanın çempion olmaq şansı var idi. Sadəcə 1 görüşə görə əldən getdi".

Bunu İdman.bizə Azərbaycanın sərbəst güləşi millinin böyük məşqçisi Əsgərxan Novruzov deyib.

Serbiyada təşkil olunan U-17 Avropa çempionatında birinci olan millinin baş məşqçisi uğuru şərh edib şərh edib: "İlk dəfə çox yüksək xalla çempion olmuşduq. Arzumuz o idi ki, o uğuru təkrarlayaq. Ona da yaxınlaşmışdəq. Amma 2023-cü ildən bir qədər zəif də olsa yenə də güləşçilər sağolsunlar komanda hesabınd çempion oldu".

Novruzov bütün çəkilərdə medal qazana bilməmələrindən də danışıb:"10 nəfərin 10-u da medal üçün güləşdi. Bürünc medal uğrunda görüşdə 4 nəfər məğlub oldu. Arzulayırdıq, təlim məşq toplanışlarında deyirdik ki, hamınız medal alacaqsız. Çox yaxşı formada idilər. Sadəcə idmandır, olmayanda olmur. Artıq bizi dünya çempionatı gözləyir. Avropa çempionluğumuz olsa da dünyada birinci olmamışıq. Ən böyük arzumuz dünya çempionu olmaqdır və inşallah bunu reallaşdırarıq".

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatında 2 qızıl, 2 gümüş, 2 bürünc medal qazanaraq yekunda 160 xal toplayaraq komanda hesabında çempion olub.

Emin Ağa
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
idman.biz

1Источники