RU

Almaniya: NATO indi daha güclüdür

Biz Avropamızın hər kvadrat santimetrini və azadlığımızı müdafiə edəcəyik.

"Operativ Media" xəbər verir ki, bu barədə Almaniyanın xarici işlər naziri Annalena Berbok Almaniyanın milli təhlükəsizlik strategiyasına həsr olunmuş konfransda bildirib.

Almaniyanın xarici işlər naziri Avropa və dünya nizamını qorumağa və Rusiyaya qarşı mübarizədə Ukraynaya dəstəyi gücləndirməyə çağırıb. Berbok vurğulayıb ki, Rusiyanın Ukraynadakı müharibəsi fonunda çəkindirmək addımları aydın və dəqiq olmalıdır.

Almaniya Xarici İşlər Nazirliyinin rəhbəri əlavə edib ki, Vladimir Putin totalitarizm yolundadır.

"Putinin Rusiyası hələ də yaxın gələcəkdə Avropada təhlükəsizliyimiz üçün ən böyük təhdid olacaq", - Berbok deyib.

Almaniyanın xarici işlər naziri qeyd edib ki, Almaniya Avropa İttifaqının ən böyük ölkəsi kimi xüsusi məsuliyyət daşıyır. O, qəti şəkildə inanır ki, NATO həmişəkindən daha böyük çətinliklərlə üzləşsə də, indi həmişəkindən daha güclüdür.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
7
operativmedia.az

1Источники