RU

Kristian da Silva “Turan Tovuz”da

Bu yay “Sabah”dan ayrılan braziliyalı yarımmüdafiəçisi Kristian da Silva bundan sonra “Turan Tovuz”un uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, braziliyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb.

Xatırladaq ki, Kristian da Silva 2022-ci ilin fevral ayından “Sabah”da çıxış edirdi. 35 yaşlı mərkəz yarımmüdafiəçisi Azərbaycan təmsilçisinin heyətində bütövlükdə 71 oyuna çıxıb, 4 qol vurub, 3 məhsuldar ötürmə müəllifi olub.

Braziliyalı oyunçu karyerası ərzində “Pasuş de Ferreyra”, “Nasyonal”, “Kasa Pia”, “Feyrense”, ÇFR (Kluj), APOEL (Nikosiya) və “Koimbra” kimi klublarda da çıxış edib.

“Turan Tovuz” daha öncə Tural Bayramlı (“Araz-Naxçıvan”), İvan Konovalov (“Baltika”, Rusiya) və Sergey Samoku (“KamAZ”, Rusiya) da heyətinə qatmışdı. Ötən mövsümü icarə əsasında “Şamaxı”da keçirmiş Elçin Qasımov da Tovuz klubuna qayıdıb.

Şəhriyar Əliyev, Aleks Souza, Alexandro Serrano, Emmanuel Hakman, Ayxan Hüseynov, Sadiq Quliyev, Oto Con, Faiq Hacıyev, Denis Marandiç, Eltun Turabov və Xəyal Nəcəfov isə klubla yeni müqavilə bağlayıblar.

Əvəzində Tərlan Əhmədli, Fərid Nəbiyev, Aydın Bayramov, Belaydi Pusi və Kamal Bayramov “Turan Tovuz”dan ayrılıblar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
31
arena.az

1Источники