RU

Qarabağ erməniləri Ermənistandan sürətlə qaçırlar...

Image

Elşad Həsənov: “Nəinki Qarabağ erməniləri, Ermənistan erməniləri də ölkəni tərk edir”

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatına görə, Azərbaycan ərazilərini könüllü şəkildə tərk edərək Ermənistana köçən 17 743 nəfər hava və quru yolu ilə bu ölkədən də çıxıb gedib. 

Məlumatda onlardan 7 435 nəfərinin geri qayıtdığı bildirilir. Rəsmi mənbələrin ictimailəşdirdiyi məlumatlardan belə anlasilir ki, indiyədək 10308 Qarabağ ermənisi Ermənistanı tərk edərək geri qayıtmayıb. Ancaq erməni mediası yazır ki, qeyri-rəsmi məlumatlara görə, Ermənistandan həmişəlik köçmək qərarını verən və bu qərarı reallaşdıran könüllü köçkünlərin sayı 15 min nəfərdən çoxdur. Bir sözlə, görünən odur ki, Qarabağ erməniləri Ermənistandan qaçır.

“Qarabağdan köçən ermənilərin ölkəni tərk etməsi orada onlara olan mənfi münasibətlə əlaqədardır” 

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, 2023-cü ilin sentyabrında Qarabağdan köçüb gedən ermənilər Ermənistanın müxtəlif rayonlarında yerləşdirildilər: “Onların böyük əksəriyyəti rayonlar arasında bölündü, amma onlar İrəvana buraxılmadılar. Kimin paytaxtda evi var idisə, onlar buraxıldılar. Ancaq İrəvanda evi olanların sayı elə də çox deyildi. Ermənistan iddia edir ki, guya 100 mindən çox erməni Qarabağı tərk edib. Ancaq bizdə olan məlumata görə, o qədər erməni Qarabağda yaşamayıb. Qarabağ ermənilərinin sayı ilə bağlı rəqəmlər şişirdilir. Düzdür, işğal dövründə Suriyadan, Livandan gələn ermənilər hesabına Qarabağda əhalinin sayını artırmağa çalışdılar. Ancaq bu variantlar o qədər də nəticə vermədi. 44 günlük Vətən müharibəsi başlamazdan əvvəl həmin ermənilərin bir hissəsi işğal altında olan ərazilərimizi tərk etdi. Çünki dolanışıq yox idi. 2023-cü ilin sentyabrında bir günlük antiterror əməliyyatlarından sonra məqsədyönlü şəkildə Ermənistan Qarabağ ermənilərinin oranı tərk etməsinə zəmin yaratdı. Bunda onların əsl məqsədi o idi ki, dünya bizi etnik təmizləmədə ittiham edib Azərbaycana qarşı sərt sanksiyalar qəbul etsin. Ermənistan və Fransanın niyyəti bu idi. Ancaq onların bu planları baş tutmadı. Baxmayaraq ki, 2023-cü ilin oktyabrında məsələni BMT Təhlükəsizlik Şurasının müzakirəsinə belə çıxardılar. Digər tərəfdən, həmin ermənilər azərbaycanlılara qarşı çoxsaylı cinayətlər törətmişdilər. O üzdən orada qalmadılar. Bütün hallarda, Qarabağı tərk edən ermənilərin sayı şişirdilir. Başqa bir tərəfdən, əzəldən Ermənistandakı ermənilərin Qarabağ ermənilərinə münasibəti mənfi olub. Dəfələrlə onların arasında gərginliklər yaşanıb. Qarabağdan köçən ermənilərin Ermənistanı tərk etməsi orada onlara olan mənfi münasibətlə əlaqədardır. Ermənistanı tərk edən Qarabağ erməniləri əsasən Rusiyanın Şimalı Qafqaz regionuna köç edirlər. Ümumiyyətlə, erməni milləti üçün xas olan xüsusiyyət odur ki, onlar harada yaxşı yaşayış varsa, ora köçürlər. Nəinki Qarabağ erməniləri, Ermənistan erməniləri də ölkəni tərk edir. Xüsusən gənclər. Ermənistan əhalisi 2 milyon 900 min nəfər olsa da, reallıqda ölkədə yaşayanların sayı azdır”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
13
baki-xeber.com

1Источники