RU

İsrail ordusu Qəzzada daha bir əsgərin öldüyünü açıqlayıb

İsrail ordusu Qəzza zolağında baş verən qarşıdurmalarda daha bir əsgərinin həlak olduğunu, bir əsgərinin isə ağır yaralandığını bildirib.

BiG.AZ xəbər verir ki, ordudan verilən açıqlamada Qəzza zolağının cənubunda baş verən qarşıdurmalarda Nahal Briqadasının 931-ci Batalyonundan 21 yaşlı Çavuş Ori İtzchak Hadadın öldüyü bildirilib.

Qeyd edilib ki, Hadadın öldüyü hadisədə Nahal Briqadasının daha bir əsgəri də ağır yaralanıb.

Oktyabrın 7-dən bu yana öldürülən İsrail əsgərlərinin sayı 671-ə yüksəlib ki, onlardan 317-si Qəzzaya quru işğalı zamanıdır.


BiG.Az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
12
big.az

1Источники