RU

Nigeriyada intihar hücumları: 30 ölü, 100 yaralı

Nigeriyanın müxtəlif bölgələrində ardıcıl intihar hücumları nəticəsində 30 nəfər həyatını itirib, 100 nəfər isə yaralanıb.

Demokrat.az xəbər verir ki, şənbə günü ilk hücumun bir qadın tərəfindən həyata keçirildiyi açıqlanıb.

Beləki, ilk intihar hücumu iki uşağı ilə Qvozada məşhur bir gəncin toy mərasiminə gizlicə girən naməlum qadın tərəfindən planlaşdırılıb. 

O, əldəqayırma partlayıcı qurğusunu işə salaraq özünü və toyda iştirak edən çoxlu adamı öldürüb. 

Nigeriya prezidenti Bola Tinubu hücumları pisləyib və bildirib ki, bunlar terrorçulara qarşı əldə edilən uğuru göstərən çarəsiz terror aktlarıdır.

Tinubu, administrasiyasının vətəndaşların təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlər gördüyünü söyləyib. 

O, həmçinin günahkarların məsuliyyətə cəlb ediləcəyinə söz verib. Hücumlara görə məsuliyyəti heç bir qrup üzərinə götürməyib.

Əfsanə Rəcəb
Demokrat.az
Избранный
65
1
demokrat.az

2Источники